"Bu mövsüm bacardığımı etdim"

"Bu mövsüm bacardığımı etdim"
19:05 20 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu "Qızıl top"u qazanmaq üçün hər şeyi etdiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu karyerasında ən uğurlu mövsümü keçirdiyini qeyd edib.

"Mən bu mövsüm bacardığımı etdim. Biz Çempionlar Liqasının qalibi olduq. Portuqaliya millisi ilə Avropa çempionu adını qazadım. "Qızıl top"un qalibini seçmək üçün keçiriləcək səsvermə məndən asılı deyil. Bu mövzuya çox aludə olmaq istəmirəm. Soruşsalar, deyərəm ki, "Qızıl top"u qazanmaq istəyirəm. İl mənim üçün uğurlu alındı. Şübhəsiz, keçirdiyim ən yaxşı mövsümdür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR