Dırnaq ləkələrinə bağladığımız ümüdlər

Dırnaq ləkələrinə bağladığımız ümüdlər
19:22 20 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaq vaxtı nə vaxt dırnağımızda ağ ləkə meydana gəlirdisə, sevinirdik, arzu-filan tuturduq. Çünki, bu ağ ləkə gəlib yuxarı çatanda bizim arzumuz gerçəkləşməli idi. Düzü, həmin ağ ləkələr nə vaxt yuxarı qalxırdı və nə vaxt yoxa çıxırdı - çox vaxt xəbərimiz olmurdu. Arzumuz da elə çox vaxt havada qalırdı. Bir də yeni ləkə meydana gələndə yenidən arzularımız qanadlanırdı, ta ki, növbəti ağ ləkəyəcən...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, beləcə illəri bir-birinə caladıq. Hətta böyüyəndən sonra da bu vərdişimizdən əl çəkə bilmirdik. Ola bilər, həmin arzularımız həyata keçmirdi, amma açığı arzulamaq özü də insana bəzən həyat sevinci verə bilir...
Lap bu günlərəcən...
 
Bu yaxınlarda eşitdik ki, sən demə, dırnaq ləkələri arzu və istək reallaşdıran deyilmiş. Əksinə, arzuolunmaz xəstəliklərin xəbərçisi imiş... Biz də illərlə daxilimizdəki xəstəliyi arzularımızın həyata keçmə səbəbi bilib, sevinmişik, neçe-neçə ümüdlər bağlamışıq. Yaxşı ki, Allah üzümüzə baxıb, biz arzularımızın həyata keçməyini gözləyərkən həmin xəstəliyin nəticəsində ölməmişik. İndi isə vəziyyət tam dəyişilib, yəni bir gün həmin o ağ ləkələri birdən dırnağımızda görəndə, daha sevinməyəcəyik, əksinə, tez əl-ayağa düşüb, həmin xəsətəlyin səbəbini tapmağa çalışacayıq və illərlə bu sahədə göstərdiyimiz sadəlövhlüyə sadəcə təəsüblənəcəyik.
 
Bu günlərdə yaşanan Tramp qələbəsinin şəxsən mənim üçün həmin o ağ dırnaq ləkələrindən elə bir prinsipal fərqi yoxdur. Çünki, illərlə növbətinin gəlişini sevinc və fərəhlə gözləmişik və hər gələn, sələfinin "layiqli" davamçısı olub. Obamanın dünyaya demokratiya gətirəcəyinə inam təkcə adının Hüseyn hissəsinə görə deyildi, həm də ona görə idi ki, o, qaradərili idi və yüzillərlə dünyada qaradərililərin haqqı tapdalanmışdı və müstəmləkəçi dövlətlər tərəfindən digərlərindən daha çox istismara məruz qalmışdılar. Bir gün bu haqqı tapdalanan, dünyada irqçiliyin qurbanına çevrilən irqin nümayəndələrindən biri, "demokratiyanın beşiyində" birinci insan seçilmişdi. Necə olursa-olsun, o, cəmiyyətdə haqqı və ədaləti bərpa etmək yönündə addımlar atmalı idi və dünyanın harasında olursa-olsun, alovlanan bütün münaqişə ocaqlarını söndürməli idi...
 
Amma əksinə, Obama söndürmək əvəzinə özü də böyük bir kibritlə ortalığı alovlandırdı, hakim olduğu illər ərzində özündən əvvəlkilərin irsini davam etdirdi, harada müsəlman eli-obası varsa, ora bir kibrit çaxdı.
 
İndi də Trampın hakimiyyətə gəlişini ah-vayla qarşılayanlara demək lazımdır ki, guya əvvəlki daha yaxşı idi?! Sadəcə biz sadəlövhcəsinə onun yaxşı olduğuna dair özümüzü inandırmışdıq. İndi isə daha onun səadət dağarcığı olduğunu yox, əksinə olduğunu bilirik. Eyniylə bayaqkı dırnaq ləkələri kimi. Münasibətimiz köklü dəyişilib, daha bilirik ki, qatıq ağdır, onun çəhrayı olmasına, iynə ucu boyda da yer olsa, daha özümüzü aldadan deyilik.
 
Və Trampın sionistyönümlüyünə narahat niyə oluruq ki?! Guya ondan əvvəlkilər müsəlmanyönümlü idilər? Nə etmişdilər müsəlmanların rifahı üçün - bombadan, dağıntıdan, müharibədən başqa?! Buşun Ben Laden hoqqası, Obamanın İŞİD əldəqayırması müsəlmanlara dərddən başqa nə verib? İŞİD-i düzəldib, müsəlmanların canına müsəllət edərək, guya özü də hərdən onunla mübarizəyə-filana qalxırdı... Dovşana qaç deyirdi, tazıya tut...
Bu cur "qara" sabiqəli sələflərdən sonra düşünürəm ki, Tramp elə də qorxulu xələf deyil. Əksinə, qarşıda gələn bu bir neçə ildə, deyəsən əməlli-başlı şou izləyəcəyik, şounun da əsas qəhrəmanları elə bir vaxtlar yazıq müsəlmanların başına şou açanlar özləri olacaqlar.
Ümumiyyətlə, biz şou sevən xalqıq... Yaşayaq və izləyək. Çox maraqlı olacaq..

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR