Zaur Svanadze optimistdi

Zaur Svanadze optimistdi
19:27 20 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

“Beş əsas futbolçumuz bu oyunu buraxmalı olmuşdu. Onların əvəzinə meydana buraxdığım oyunçular etimadı doğrlutdular. İtkilərə rəğmən yaxşı oyun sərgilədik. Düzdü, qarşılaşmanın əvvələrində bir qədər çətin oldu, ancaq sonrakı dəqiqələrdə öz oyunumuzu tapa bildik”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XII turunda AZAL-la qarşılaşan “bankirlər” 3:0 hesablı qələbə qazanıblar.

 

Oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bildirən gürcü mütəxəssis bunları deyib: “Qarşıda çətin oyunlarımız var. Hazırda zədəsi olan Rauf Əliyev və Mirhüseyn Seyidov qayıdacaq. Sarı vərəqə limitinə görə oyunu buraxan futbolçular da geri dönəcəklər”.(Apasport.az)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR