"Zədəlilər və cəzalılar qayıdacaq" - Zaur Svanadze nikbindir

"Zədəlilər və cəzalılar qayıdacaq" - Zaur Svanadze nikbindir
19:42 20 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

"Beş əsas futbolçumuz bu oyunu buraxmalı olmuşdu. Onların əvəzinə meydana buraxdığım oyunçular etimadı doğrlutdular. İtkilərə rəğmən yaxşı oyun sərgilədik. Düzdü, qarşılaşmanın əvvələrində bir qədər çətin oldu, ancaq sonrakı dəqiqələrdə öz oyunumuzu tapa bildik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Topaz Premyer Liqasının XII turunda AZAL-la qarşılaşan "bankirlər" 3:0 hesablı qələbə qazanıblar.
 
Oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bildirən gürcü mütəxəssis bunları deyib: "Qarşıda çətin oyunlarımız var. Hazırda zədəsi olan Rauf Əliyev və Mirhüseyn Seyidov qayıdacaq. Sarı vərəqə limitinə görə oyunu buraxan futbolçular da geri dönəcəklər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR