ABŞ-ın yeni dövlət katibi postuna namizədin adı açıqlandı – RƏSMİ

ABŞ-ın yeni dövlət katibi postuna namizədin adı açıqlandı – RƏSMİ
19:58 20 Noyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi postuna Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romninin namizədliyinə baxmaq niyyətindədir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Trampın baş məsləhətçisi, Respublikaçılar Partiyası Milli komitəsinin sədri Rayns Pribus deyib.

O, həmçinin qeyd edib ki, dövlət katibi postuna başqa namizədlərin təyinatına da baxılır.

Qeyd edək ki, KİV daha əvvəl də Mitt Romninin dövlət katibi postuna təyininatının mümkünlüyü barədə yazıb. Lakin informasiya rəsmən təsdiqlənməmişdi. Yeni vitse-prezident Mayk Pens “Fox News” kanalının efirində təsdiqləyib ki, Romninin namizədliyi aktiv müzakirə edilir, amma başqa mümkün variantlar da var.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR