Qurumun komitə sədri Rene Buşar belə bir təkliflə çıxış edib
Ümumdünya Antidopinq Agentliyinin Uyğunluq Komitəsi (WADA) Azərbaycan, Braziliya və İndoneziyanın anti-dopinq sistemləri təşkilatın məcəlləsinə uyğun olmayan ölkələr kimi tanınmasını tövsiyə edib.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu WADA-nın Təsisçilər Şurasının iclasında komitə rəhbəri Rene Buşar deyib.
"Biz Azərbaycan, İndoneziya, Olimpiya və Paralimpiya oyunlarını qəbul edən Braziliyanın dərhal məcəlləyə uyğun olmayan ölkələr kimi tanınmasını tövsiyə edirik", - Buşar bildirib.
Milli.Az