Merkel dördüncü dəfə seçkilərə qatıla bilər

Merkel dördüncü dəfə seçkilərə qatıla bilər
20:47 20 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel dördüncü dəfə seçkilərə qatılacağını deyib, mühafizəkar partiya üzvləri bildirib.
62 yaşlı xanım Merkelin bu barədə bazar günü Xristian Demokratik Birliyi partiyasının mənzil-qərargahında açıqlama verəcəyi bildirilir.
Almaniyada ümümxalq seçkiləri gələn il baş tutacaq.
Milli.Az BBC-yə istinadən bildirir ki, rəy sorğularında xanım Merkelin reytinqləri aşağı düşsə də, onu dəstəkləyənlər hələ də az deyil.
O bu ilin əvvəlində regional seçkilərdə uduzub və populist sağçı AfD partiyasının tənqidləri ilə üzləşib.
Sorğuların nəticələrindən sonra o bildirib ki, bir neçə ştatda uduzmağına görə məsuliyyəti qəbul edir.
O 2005-ci ildən Almaniyaya rəhbərlik edir.
Almaniya qanunları istənilən şəxsin istənilən qədər rəhbər vəzifəyə seçilməsinə məhdudiyyət qoymur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR