Obama ilə Putin söhbət etdi

Obama ilə Putin söhbət etdi
20:54 20 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

“Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birilərini salamlayıb, aralarında qısa söhbət baş tutub”, deyə D.Peskov qeyd edib.

 

Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR