Diqqətli olun - işbazlar iş başındadır - VİDEO

Diqqətli olun - işbazlar iş başındadır - VİDEO
21:37 20 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə və bəzi saytlarda saxta sertifikat satışı ilə məşğul olan işbazlar peyda olub. Deməli, bunlar heç bir kurs təşkil etmədən, insanlara nəsə öyrətmədən sertifikatlar verirlər və əlbəttə bunun müqabilində müəyyən məbləğdə pul alırlar. Ancaq dövlət qurumları belə işbazlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edir və bəzi tövsiyyələr verirlər.

Ödəniş edirsən və qısa bir müddətdə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində tanınan sertifikat alırsan. Qulağa nə qədər xoş səslənsə də, əslində bu işlə məşğul olanlar ciddi qanun pozuntusu edirlər və cinayət məsuliyyəti daşıyırlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, buna baxmayaraq, sosial şəbəkələr və müxtəlif saytlarda saxta sertifikat satışı ilə məşğul olan qurumlar var.. Hətta belə qurumlar bir çox şirkətin çətinliklə aldığı İSO 9001:2008 keyfiyyət üzrə idarəetmə sistemi, İSO 22000 qida təhlükəsizliyi standartları kimi sertifikatları da internetdə pulla satırlar. Bu sertifikatları almaq çətin və uzun bir prosesdən keçməyi tələb etsə də, rəsmi təşkilat olduğunu iddia edən bu şirkət çox qısa bir zamanda sizə bir çox sertifikatlar təklif edir.

Heç bir yerdə qeydiyyatdan keçməyən Amerika Yüksək Təhsil və Akkreditasiya Qurumu adlanan bu təşkilat sertifikatları metro stansiyalarının yaxınlığında və ya hər hansı yerdə görüş təyin edərək müştərilərinə çatdırır. Qiymət isə təqribən ölkədə orta aylıq əmək haqqının yarısı qədərdir.

Türk və ingilis dillərində tərtib olunan sertifikatda iki qurumun imzası, hətta möhür belə vurulur.

Təhsil ilə bağlı verilən sertifikatlarda vəziyyət daha acınacaqlıdır. Belə ki, şirkətin göndərdiyi elektron dərs vəsaitlərini müştəri oxusa da oxumasa da sertifikatı əldə edə bilir və o, heç bir imtahana cəlb olunmur.. Burada yeganə şərt tələb olunan vəsaiti ödəməkdir.

Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "XəzərXəbər"ə bildirildi ki, hər qurum sertifikat verə bilməz. Bunun üçün mütləq komitədən qeydiyyatdan keçmək və müvafiq kurslar təşkil etmək lazımdır. Heç bir kurs təşkil etmədən sertifikat satmaq isə cinayət məsuliyyəti yaradır. Qanuni fəaliyyət göstərən şirkətlərin siyahısı isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. Amerika Yüksək Təhsil və Akkreditasiya Qurumunun adı isə bu siyahıda yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR