Bakıda maşınlar yeni üsullarla - KREDİTƏ VERİLİR - VİDEO

Bakıda maşınlar yeni üsullarla - KREDİTƏ VERİLİR - VİDEO
21:52 20 Noyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış kreditlər. Yəni alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər.

Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Bakı Şəhər Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR