Çatlamış, yaxud kənarı qırılmış qabdan istifadə etmək olar?

Çatlamış, yaxud kənarı qırılmış qabdan istifadə etmək olar?
22:57 20 Noyabr 2016
265 Ölkə
Ölkə mətbuatı
A- A+

Çatlamış və ya kənarı qırılmış qablardan istifadə etmək bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!. (Muslim).
Həmçinin demişdir: "Ağzı sınıq qablardan su içməyin!" (Buxari və Muslim).
Milli.Az zikr.az-a istinadən bildirir ki, hədis alimləri bu qadağanın qəti surətdə haram deyil, bəyənilməyən bir əməl olduğunu bildirmişlər. Müasir tibb də təsdiqləyir ki, belə qabların sınıq yerlərinə mikrob yığışır və yumaqla təmizlənmir. Ona görə də sınıq və ya çatlaq qablardan istifadə etməmək daha yaxşıdır. Əlavə olaraq, qabın qırıq tərəfindən su içmək insanın dil və dodağına xəsarət yetirə bilər. İsti yeməyə və suya üfürüb onu soyudarkən nəfəslə birlikdə çıxan zərərli maddələr onlara qarışır. Bu həmçinin insanlar arasında ədəb baxımından da bəyənilmir. Peyğəmbər demişdir: "İçərkən içdiyiniz qabın içində nəfəs almayın!" (Buxari).
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR