"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib
23:07 20 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Midlsbro" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, bu qələbə “zadəganlar”ın çempionat cədvəlində birinci pilləyə qalxmasına imkan verib.
Matçda yeganə qolu “londonlular”ın ispan hücumçusu Diyeqo Kosta (41-ci dəqiqə) vurub.
Hazırda "Çelsi"nin hesabında 12 oyuna 28 xal var. “Londonlular” çempionatın ardıcıl altıncı oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci mövqedə qərarlaşıb.
Növbəti turda "Çelsi" öz meydanında çempionat liderindən 4 xal geri qalan "Tottenhem"i qəbul edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-i-ngiltere-premyer-liqasinda-liderliye-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR