Qadın toyuq kəsə bilərmi?

Qadın toyuq kəsə bilərmi?
23:27 20 Noyabr 2016
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınlar da kişilər kimi yeyilməsi halal olan heyvanlardan kəsə bilərlər, şəriətdə buna qadağa yoxdur. Mühüm olan şəriətə uyğun kəsməkdir. Heyvanı üzü qibləyə çevirmək, "Bismilləh" (Allahın dı ilə) demək və digər şəriət hökmlərini yerinə yetirməkdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə heyvan kəsən kənizlər (cariyələr) olub. Kəb İbn Malikin oğlu rəvayət edir ki, atası Kə'b (Allah onlardan razı olsun) belə bir əhvalat danışmışdı: "Mal-heyvan otaran bir kəniz bir qoyunun ölmək üzrə olduğunu görüb, dərhal bir daşı qırmış və onunla həmin qoyunu kəsmişdi. Bu vaxt atası Kə'b ailə üzvlərinə demişdi ki, məsələnin məğzini peyğəmbərdən soruşub öyrənənə qədər o qoyunun ətindən yeməyin. Sonra gedib, bunu peyğəmbərdən soruşmuşdu. Peyğəmbər də onların qoyunun ətini yeməklərinə icazə vermişdi". (Buxari, Zəbəih, 18-19; Vakələt, 4; Muslim, Ədahi, 19; İbn Məcə, Zəbəih, 8; Əbu Dəvud, Ədahi, 3; İmam Məlik Muvatta, Zəbəih, 4; Əhməd ibn Hənbəl, 2/76, 80).
Bu və digər hədislərdən də məlum olur ki, qadınlar da heyvan kəsə bilərlər. Əgər bir müsəlman ailəsində kişi və ya həddi büluğa çatmış oğlan uşağı varsa, daha fəzilətlisi budur ki, heyvanı o kəssin. Əgər belə birisi yoxdursa, qadın özü heyvanı kəsə bilər. Hətta bəzi alimlər evdə kişi olsa da belə, qadının heyvanı kəsməsinin icazəli olduğunu demişlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR