Qubada 31 yaşlı kişini maşın vurdu

Qubada 31 yaşlı kişini maşın vurdu
23:29 20 Noyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Ələmmədov Azər Məhərrəm oğlunu maşın vurub. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR