Türkiyə Superliqası: "Fənərbağça” "Qalatasaray”ı məğlub edib

Türkiyə Superliqası: "Fənərbağça” "Qalatasaray”ı məğlub edib
23:42 20 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Superliqasının XI turu çərçivəsində "Fənərbağça” doğma meydanda "Qalatasaray”ı qəbul edib.
“Report” xəbər verir ki, "Şükrü Saracoğlu" adına stadionunda baş tutan derbi matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Oyunun qəhrəmanı Robin van Persi olub. Holland hücumçu matçda hər 2 qolun müəllifi olub.
“Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabına yazdırıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.
“Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqası, XI tur
21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0
Qollar: Robin van Persi, 45, 78-pen

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-superliqasi-fenerbagca-qalatasaray-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR