“Qəbələ”li idmançı dünya çempionu oldu

“Qəbələ”li idmançı dünya çempionu oldu
00:29 21 Noyabr 2016
145 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.

 

Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.

 

Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR