Göranboyda “KamAZ” “Mercedes”-ə çırpıldı: ölən və yaralanan var

Göranboyda “KamAZ” “Mercedes”-ə çırpıldı: ölən və yaralanan var
03:34 21 Noyabr 2016
185 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

 

“KamAZ” markalı yük maşınının sürücüsü idarəetməni itirib və avtomobil yolun kənarında dayanan “Mercedes”-ə çırpılıb.

 

İlkin məlumata əsasən, qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb, maşında olan 3 sərnişin xəsarət alıb. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR