"İnter" son saniyələrdə məğlubiyyətdən qaçdı - VİDEO

"İnter" son saniyələrdə məğlubiyyətdən qaçdı - VİDEO
03:58 21 Noyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyasında 13-cü tura derbi ilə yekun vurulub.

Publika.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "İnter" komandaları üz-üzə gəlib.

Görüş məhsuldar bərabərliklə yekunlaşıb - 2:2. "Milan"dan hər iki qolu 43 və 58-ci dəqiqələrdə Suso vurub. "İnter"dən isə 53-cü dəqiqədə Antonio Kandreva, 90+2-ci dəqiqədə İvan Perişiç fərqlənib.

Bu nəticədən sonra "Milan" 26 xalla 3-cü, oyuna yeni baş məşqçi Stefano Pyolinin rəhbərliyi altında çıxan "İnter" isə 18 xalla 9-cu pilləyə yüksəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR