İngiltərə millisinin baş məşqçisi bu ay bəlli olacaq

İngiltərə millisinin baş məşqçisi bu ay bəlli olacaq
06:59 21 Noyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 30-da, İngiltərə Futbol Assosiyasiyasının iclasında Qaret Sautqeyt ölkə yığma komandasının  baş məşqçisi vəzifəsinə təsdiq olunacaq.

 

APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti məlumat verib.

 

Gözlənildiyinə görə, Q.Sautqeytlə müqavilə 4 il müddətinə bağlanacaq. 46 yaşlı mütəxəssisin məvacibi ildə 1 milyon funt sterlinq təşkil edəcək.

 

Qeyd edək ki, Qaret Sautqeyt 2006-2009-cu illərdə “Midlsbro” klubu, 2013-2016-cı illərdə İngiltərə U-21 yığmasına başçılıq edib. O, hazırda Sem Ellerdaysın istefasından sonra, sentyabr ayından yığmanın baş məşqçisinin səlahiyyətlərini icra edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR