"Liverpul"un sabiq futbolçusu Cordan Ayb qarət olunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bornmut"un 20 yaşlı oyunçusu noyabrın 6-da məşqdən evə gedərkən Londonun cənubunda bir neçə naməlum şəxsin hücumuna məruz qalıb. Onlardan biri Ayba bıçaqla hədə-qorxu gələrək onun 25 min funt dəyərindəki "Rolex" saatını alıb. İnsident nəticəsində gənc havbek xəsarət almayıb. Polis hadisənin planlaşdırılmış olub-olmamasını araşdırır.
Milli.Az