Bu ölkəyə “zülmət çökdü”

Bu ölkəyə “zülmət çökdü”
07:06 6 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadaya yağan qar yağıntıları on minlərlə sakini işıqsız qoyub.

ANS PRESS-in məlumatına görə, əlverişsiz hava şəraiti ölkədə 14 min əhalisi olan Britaniya Kolumbiyası ştatında sakinlərin işıqsız qalmağına səbəb olub. Ölkənin bir çox yerlərində olduğu kimi, bu ştatda qar həyatı iflic vəziyyətə salıb. Bu barədə “CBC” telekanalı xəbər yayıb.

Yerdə qar yağıntısının hündürlüyü 39 santimetrə çatıb. Regionda hökm sürən yağıntılara, şaxtalı havaya və soyuq küləyə görə məktəblər, bir sıra tədris mərkəzləri müvəqqəti tətil elan edib.

Nyufaundlend və Labrador ştatlarında bəzi avtomagistrallar bağlanıb. Dağlarda qar uçqunlarının ola biləcəyi səbəbilə dağ xizəyi üçün nəzərdə tutulmuş kurort zonalara da gediş-gəliş dayandırılıb.

Bundan başqa, həva şəraiti ilə əlaqədar olaraq Vankuver beynəlxalq hava limanı administrasiyası tərəfindən aviareyslərdən bəzilərində ləngimələr olduğu, bəzilərinin isə ləğv edildiyi barədə açıqlama yayılıb.

Qeyd edək ki, ötən gün “Hydro-Quebec” şirkəti əlverişsiz hava şəraitinin Kanadanın Kvebek ştatında 135 mindən çox evi elektrik enerjisindən məhrum etdiyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR