Avtomobilin sükanı solda yox, ortadadır, hər iki tərəfində isə
bir oturacaq var...
73 yaşlı Fərhad İsmayılov, öz layihəsini sovet maşını olan “LuAZ”
üzərində həyata keçirib. Avtomobil 100 km-ə 9 litr benzin yandırır.
Maşın texniki baxışdan da keçib.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Fərhad İsmayılov,
onun çaydan da rahatlıqla keçmə qabiliyyətinin olduğunu iddia
edir.
Xarici görnüşünə görə fərqlənən bu “Katamaran” da ixtisasca
mühəndis olan Fərhad İsmayılovun əl işidir. Bu ixtirasına isə o, 1
ildən çox vaxt sərf edib.
“Romantik” adını verdiyi mühərrikli gəmi isə həm gəzinti, həm də
balıq tutmaq üçün çox sərfəlidir. Mühərrik xarab olduğu təqdirdə
avarlardan istifadə etmək olar.
Fərhad İsmayılov hazırda yeni ixtirası üzərində “baş sındırır”.
Digər ixtiraları kimi buna da patent ala bilsə, neftin Xəzər
dənizinin ekologiyasına vurduğu ziyanı kəskin azalda biləcəyini
iddia edir. Hətta əldə edilən neftin emalı da mümkün ola bilər.