Azərbaycan və Rusiya sərhəddə terrorçuluğa qarşı birgə əməliyyatlara başlayıb

Azərbaycan və Rusiya sərhəddə terrorçuluğa qarşı birgə əməliyyatlara başlayıb
09:12 21 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz. 21 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.
“Report”un Şimal bürosu xəbər verir ki, bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.
Tədbir noyabrın 27-dək davam edəcək.
Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-ve-rusiya-serhedde-terrorculuga-qarsi-birge-emeliyyatlara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR