Dünya Bankı Azərbaycanı ən yaxşı ölkələr siyahısına daxil edib

Dünya Bankı Azərbaycanı ən yaxşı ölkələr siyahısına daxil edib
09:27 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya Bankı biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Business Insider"in məlumatında bildirilir.
"Business Insider" portalı biznesə başlamaq və onu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib.

Məlumatda bildirilir ki, "0"dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır:
"Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq".

Siyahıya, həmçinin Belçika, Böyük Britaniya, İsveç, Estoniya, Kosovo, Yamayka, Cənubi Koreya, İrlandiya, Ermənistan, Gürcüstan, Avstraliya, Sinqapur, Makedoniya, Honkonq (Çin), Kanada və Yeni Zelandiya daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/491369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR