Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub

Azərbaycanın veteran cüdoçusu dünya üçüncüsü olub
09:27 21 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub.
Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-veteran-cudocusu-dunya-ucuncusu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR