Kamran Ağayevin komandası dayandı

Kamran Ağayevin komandası dayandı
09:27 21 Noyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev Emin Mahmudovun çıxış etdiyi "Boavişta" da bu mərhələdə meydana çıxıb.

Onların rəqibi "Vitoriya Guimaraeş" olub. Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb. 

90+1-ci dəqiqədə "Boavişta" azlıqda qalıb və matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
 
Cütün taleyini həll etmək üçün əlavə vaxt təyin olunub. 118-ci dəqiqədə "Vitoriya Guimaraeş" qələbə qolunu vurub. 1:2 hesabı ilə uduzan həmyerlilərimizin komandası kubokla vidalaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR