Azərbaycan və Rusiya antiterror əməliyyatlarına başladı

Azərbaycan və Rusiya antiterror əməliyyatlarına başladı
09:37 21 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.
Tədbir noyabrın 27-dək davam edəcək.

Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/491371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR