Futbolçumuzdan Ukraynada uğurlu debüt

Futbolçumuzdan Ukraynada uğurlu debüt
09:42 21 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında XV tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, U-21 millimizin üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dnepr" səfərdə "Vorskla" ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nağıyev komandasının heyətində məhz bu oyunda debüt edib. O, 90-cı dəqiqədə Luçkeviçi əvəzləyib.
 
Qeyd edək ki, "Dnepr" 15 oyundan sonra 8 xalla 11-ci pillədə qərarlaşıb. Komandanın 6 xalı FİFA tərəfindən silinib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR