Rusiya və Gürcüstan güləşçiləri arasındakı görüşdə kütləvi dava baş verib

Rusiya və Gürcüstan güləşçiləri arasındakı görüşdə kütləvi dava baş verib
09:47 21 Noyabr 2016
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib. "Report"un məlumatına görə, insident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İmil Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.
Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.
Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR