Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında yayımlanması qadağan edilir

Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında yayımlanması qadağan edilir
09:52 21 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağan edilir.
“Report”un xəbərinə görə, bununla bağlı “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunda dəyişiklik edilir.
Dəyişiklik layihəsinə əsasən, süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağan olunacaq.
Yalnız sertifikatlaşdırılma barədə sənədləri olduqda, süni qida məhsulları reklam edilə bilər. Bu halda reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Məhsulların reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Reklamın sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların uyğunluq, gigiyenik və mənşə sertifikatının, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumatın olan sənədin, reklamda istinad olduqda, tədqiqatların nəticəsini təsdiq edən sənədin surətini təqdim edir.
Layihə Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/suni-qida-mehsullarinin-reklaminin-hamile-qadinlar-ve-analar-arasinda-yayimlanmasi-qadagan-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR