Kamran Ağayevi kubokda məyus etdilər

Kamran Ağayevi kubokda məyus etdilər
09:57 21 Noyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi “Boavişta” “Vitoriya Guimaraeş”lə qarşılaşıb.


Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşdə Kamran Ağayev meydana start heyətində çıxıb, Emin Mahmudov isə ehtiyatda qalıb. 



Cütün taleyini həll etmək üçün əlavə vaxt təyin olunub. 118-ci dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub və “Boavişta” kubokla vidalaşıb.


110-cu dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alan Kamran ilk qolu penaltidən, ikincini cərimə zərbəsindən buraxıb.


Fanat.Az 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayevi-kubokda-myus-etdilr-t54307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR