Partlayışda yaralanan ata-ana və övladları xəstəxanada öldü - Dəhşətli SON

Partlayışda yaralanan ata-ana və övladları xəstəxanada öldü - Dəhşətli SON
10:04 21 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb.

 

 

APA-nın məlumatına görə, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər.

 

 

Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR