Cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub

Cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub
10:22 21 Noyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaralının vəziyyəti ağırdır
Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıdakı 11 saylı cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.
Burada yolu keçmək istəyən 1996-cı il təvvəllüdlü Əsədzadə Ərşad Müşfiq oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ağır bədən xəsarətləri alan Ə.Əsədzadə təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Ə.Əsədzadə 11 aydır Ədliyyə Nazirliyinin tabeçiliyində hərbi xidmətdədir. Onu avtomobil vurarkən əynində hərbi forma olub.
Faktla bağlı cinayət işi başlanılır, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cezacekme-muesissesinde-herbi-xidmetde-olan-esgeri-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR