Müəllimlərin imtahanı başladı

Müəllimlərin imtahanı başladı
10:23 21 Noyabr 2016
2049 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ilk olaraq Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək.

Eyni zamanda, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.

Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR