Telman İsmayılovun qardaşı həbs edilib

Telman İsmayılovun qardaşı həbs edilib
10:32 21 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Moskva ətrafı İstintaq Komitəsi biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu həbs edib.
"Report" "Life.Ru" portalına istinadən xəbər verir ki, o, keçmiş tərəfdaşının sifarişli qətlində ittiham olunur.
Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva vilayət Baş İstintaq İdarəsi Rafiq İsmayılov və onunla əlbir olan Mehman Kərimova qarşı "iki və ya daha çox şəxsin öldürülməsi" maddəsi üzrə ittiham irəli sürüb. Bu maddəyə əsasən, onlar hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ilə də üzləşə bilərlər.
İstintaqın versiyasına görə, cinayətin sifarişçisi R.İsmayılov olub. O, hadisəni törətməkdə ittiham olunan qatil M.Kərimovu hadisə yerinə apardıq, sonra da onu cinayıt yerindən uzaqlaşdırıb. R.İsmayılovun özü ittihamları qəti şəkildə qəbul etmir, eyni zamanda qatillə öldürülən şəxslərin görüşdüyü an yanacaqdoldurma məntəqəsində olduğunu etiraf edir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/telman-i-smayilovun-qardasi-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR