Beytulla Hüseynov miyonlarla vəsaiti necə mənimsəyib?

Beytulla Hüseynov miyonlarla vəsaiti necə mənimsəyib?
10:37 21 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun külli miqdarda dövlət vergisindən yayınma və milyonlarla manatı mənimsəmə faktı müəyyən edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işinin materiallarında qeyd olunur.

Maliyyə Nazirliyinin müfəttişi Hacıyev Fərhad İsgəndər oğlu ibtidai istintaqa ifadəsində bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə nazirliyin mütəxəssisləri tərəfindən BTRİB-nin, həmin birliklə təsərrüfat əlaqəsində olmuş "Rabitə Mülki Tikinti" MMC, "Bakı Rabitə Tikinti Təchizat" MMC, "Tikinti Təmir Servis" MMC və "3 nömrəli Rabitə Təmir Tikinti" MMC-nin 2009-cu ilin yanvar ayından 2015-ci ilə qədər olan dövrün maliyyə təsərrüfat fəaliyyəti yoxlanılıb.

F.Hacıyev ifadəsində, həmçinin qeyd edib ki, yoxlama zamanı BTRİB tərəfindən əksər hallarda malgöndərən və podratçı təşkilatlarla iş və xidmətlərin yerinə yetirilməsi üçün müqavilələr bağlanılarkən "Dövlət Satınalmaları haqqında" Qanunun tələblərinə əməl edilməməsi, satınalmaların hissələrə bölünərək kotirovka metodunun tətbiq edilməsi, rəqabət metodlarının tətbiqi zamanı iş və xidmətlərin ilkin ehtimal dəyəri təyin edilmədən satınalmaya çıxarılması müəyyən olunub.

F.Hacıyev ifadəsində göstərib ki, BTRİB və onun struktur bölmələri üzrə yoxlama ilə əhatə olunan dövrdə 179 hüquqi və fiziki şəxslərdən alınması rəsmiləşdirilmiş 74.028727,60 manat dəyərində mal-material qiymətlilərindən cəmi 44455073,22 manatı "Əmlak Ekspertiza Mərkəzi" MMC və "Dominant Konsaltinq" MMC-nin təqdim etdiyi qaimə cədvəllərində adları olan malların qiymətləri ilə müqayisə olunarkən müxtəlif mal-materialların qiymətlərinin cəmi 20.387753,06 manat məbləğində baha qiymətə alınmasının rəsmiləşdirilməsi müəyyən olunub. O cümlədən, BTRİB üzrə: 2010-cu ildə 61886,50 manat, 2011-ci ildə 292127,58 manat, 2012-ci ildə 352837,67 manat, 2013-cü ildə 207335,19 manat, 2014-cü ildə 872445,39 manat, 2015-ci ilin 9 ayında 2326,79 manat, cəmi 1788974,12 manat, Qaradağ Telefon Qovşağı üzrə 2010-cu ildə 10194,60 manat, 2011-ci ildə 8301,24 manat, 2012-ci ildə 46368,35 manat, 2013-cü ildə 152796,00 manat, 2014-cü ildə 41690,92 manat, 2015-ci ilin 9 ayı ərzində 72966,66 manat, cəmi 411752,12 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

Həmçinin, BTRİB-nin Sabunçu Telefon Qovşağı üzrə 2009-cu ildə 44180,85 manat, 2010-cu ildə 72170,14 manat, 2011-ci ildə 336273,51 manat, 2012-ci ildə 183636,69 manat, 2013-cü ildə 195436,23 manat, 2014-cü ildə 188756,79 manat, 2015-ci ilin 9 ayı üzrə 376036,36 manat, cəmi 1728469,88 manat, Yasamal Telefon qovşağı üzrə 2009-cu ildə 870,60 manat, 2010-cu ildə 1038755,14 manat, 2011-ci ildə 302193,05 manat, 2012-ci ildə 272820,48 manat, 2013-cü ildə 308433,15 manat, 2014-cü ildə 690181,29 manat, 2015-ci ilin 9 ayı ərzində 817900,43 manat, cəmi 3431154,14 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

F.Hacıyev ifadəsində eyni zamanda göstərib ki, BTRİB-nin Xətai telefon qovşağı üzrə: 2009-cu ildə 69966,22 manat, 2010-cu ildə 866316,57 manat, 2011-ci ildə 1020374,51 manat, 2012-ci ildə 579026,83 manat, 2013-cü ildə 784806,19 manat, 2014-cü ildə 423583,22 manat, 2015-ci ilin 9 ayı ərzində 792091,76 manat, cəmi 4536165,30 manat, Xəzər Telefon qovşağı üzrə 2009-cu ildə 24065,86 manat, 2010-cu ildə 61341,83 manat, 2011-ci ildə 358817,93 manat, 2012-ci ildə 254226 manat, 2013-cü ildə188908,71 manat, 2014-cü ildə 365216,61 manat, 2015-ci ilin 9 ayı ərzində 442437 manat, cəmi 1991714,23 manat, Bakı Kabel qovşağı üzrə 2013-cü ildə 1752,80 manat məbləğində alınmış mal-materialların qiymətlərinin artırılması müəyyən edilib.

Bundan əlavə, mütəxəssis aktı ilə müəyyən edilib ki, BTRİB və onun struktur bölmələri ilə təsərrüfat əlaqəsində olmuş "Tikinti-Təmir Təchizat Servis" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 18.773.166,78 manat maddi qiymətlilərin dəyərinin 9808018,35 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 4060399,09 manat, Xətai Telefon qovşağı üzrə 1604543,72 manat, Xəzər Telefon qovşağı üzrə 795755,50 manat, Yasamal Nelefon qovşağı üzrə 2298339,95 manat, Qaradağ Telefon qovşağı üzrə 194183,77 manat, Sabunçu Telefon qovşağı üzrə 853043,52 manat, Bakı Kabel qovşağı üzrə 1752,80 manat baha qiymətə alınması rəsmiləşdirilib. "Bakı Rabitə Tikinti Təchizat" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 3134269,63 manat maddi qiymətlilərin 1791802,53 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 762147,78 manat, Xətai Telefon qovşağı üzrə 172520,10 manat, Xəzər Telefon qovşağı üzrə 267145,61 manat, Yasamal telefon qovşağı üzrə 417359,99 manat, Qaradağ Telefon qovşağı üzrə 39550,24 manat, Sabunçu Telefon qovşağı üzrə 133078,81 manat baha qiymətə alınması rəsmiləşdirilib.

"Rabitə Mülki Tikinti" MMC-dən qaimə fakturalara əsasən, alınması rəsmiləşdirilmiş 2798333,08 manat maddi qiymətlilərin dəyərinin 1211979,43 manat, o cümlədən Nizami Telefon qovşağı üzrə 391901,99 manat, Xəzər Telefon qovşağı üzrə 28453,74 manat, Xətai Telefon qovşağı üzrə 748333,33 manat, Yasamal telefon qovşağı üzrə 870,60 manat, Sabunçu Telefon qovşağı üzrə 42419,77 manat baha qiymətə alınması rəsmiləşdirilib.

"3 nömrəli Təmir Tikinti" MMC-dən qaimə fakturalara əsasən alınması rəsmiləşdirilmiş 571102,94 manat maddi qiymətlilərin dəyərinin 179310,35 manat, o cümlədən Xətai Telefon qovşağı üzrə 175593,56 manat, Yasamal Telefon qovşağı üzrə 3716,79 manat baha qiymətə alınması rəsmiləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40