Azərbaycan gömrükçüləri külli miqdarda aksiz markasız siqaretlər aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda aksiz markasız siqaretlər aşkar edib
10:57 21 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Bu barədə "Report"a DGK-dan bildirilib. 
Məlumata görə, Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaş Məmmədov Kamran Akif oğlunun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarusun istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-kulli-miqdarda-aksiz-markasiz-siqaretler-askar-edilb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR