Türkiyə prezidenti: “Dostlarımızın silahı terrorçuların əlindədir”

Türkiyə prezidenti: “Dostlarımızın silahı terrorçuların əlindədir”
11:07 21 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ “Bizim terror qruplaşması elan etdiklərimizin əlindən İraq və Suriyada dostlarımızın silahı aşkar edildi”.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib.
O, müttəfiqlərin Türkiyəyə terrora qarşı mübarizədə göstərdikləri yardıma görə təşəkkürünü bildirib: “Eyni dəstəyi başda terrorçu İŞİD və PKK qruplaşmaları olmaqla bütün terrorçulara qarşı mübarizəmizdə gözləyirik.Terror qruplaşmaları təmsilçilərinin ölkələrinizdə sərbəst hərəkət edib, fəaliyyət göstərmələrinə mane olmağınızı istəyirik. Xüsusən Avropa İttifaqının terrorçu elan etdiyi PKK-nın Avropada rahatca hərəkət edib, aksiya keçiriməsini qəbul edə bilmərik".

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-dostlarimizin-silahi-terrorcularin-elindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR