Qəzzafinin qatili siyasətdən getdi

Qəzzafinin qatili siyasətdən getdi
11:12 21 Noyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın eks-prezidenti Nikola Sarkozi siyasətdən gedir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu eks-prezidentin özü jurnalistlərə açıqlamasında söyləyib. O, bu addımını prezident seçkisi ilə əlaqədar keçirilən praymerizdə lazım olan sayda səs toplamamaması ilə əlaqələndirib. Belə ki, praymerizin birinci turunda Sarkozi 20,7%, onun rəqibləri Fransua Fiyon 44,2%, Alen Jyuppe isə 28,4% səs toplayıb. Sarkozi prezident seçkisində Fransua Fiyonu dəstəkləyəcəyini də bildirib.

Qeyd edək ki, bundan öncə Fransada keçirilən sorğu zamanı eks-prezidentin ultrasağçıların lideri Marin Le Pendən də geri qaldığı bəlli olub.

Sarkozi Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin devrilməsinin əsas dəstəkçilərindən biri olub. Məhz o, NATO-nun Liviyaya qarşı əməliyyatlara başlamısına təşəbbüs göstərib. İddialara görə, 2007-ci ildə Sarkozinin hakimiyyətə gətirilməsinə əsas maliyyəni məhz Qəzzafi ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR