Füzulinin İraqdakı məzarının ən yeni FOTOLARI

Füzulinin İraqdakı məzarının ən yeni FOTOLARI
11:13 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Son vaxtlara qədər Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin qəbrinin dağınıq durumda olması, onun üzərində hansısa digər tikilinin inşa edilməsi haqqında bir-birinə zidd məlumatlar yayılmışdı. Amma bu günlərdə İraqdan gələn bir xəbər və fotogörüntülər böyük şairin məzarı haqqında deyilənləri təkzib edib.

Publika.az-ın xəbərinə görə, tanınmış şərqşünas-alim və tərcüməçi Məsiağa Məhəmmədinin Modern.az-a bildirib ki, bu günlərdə şair və naşir Səid Muğanlı böyük Füzulinin qəbrini ziyarət edərək, oradan fotogörüntülər hazırlayıb.

Səid Muğanlının hazırladığı fotolardan görünür ki, Füzulunun məzarı yerindədir və onun üzərində hansısa qeyri-tikili inşa edilməyib.

Xatırladaq ki, 1494-cü ildə İraın Kərbəla şəhərində dünyaya gəlmiş Məhəmməd Füzuli 1556-cı ildə elə orada taun xəstəliyindən vəfat edib. Şairin qəbri də məhz Kərbəladadır.


Modern.az




Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/176727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR