Bakıda qəribə olay: 4 yaşlı uşağın mədəsindən “qəpik” çıxdı

Bakıda qəribə olay: 4 yaşlı uşağın mədəsindən “qəpik” çıxdı
11:24 21 Noyabr 2016
367 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda azyaşlının mədəsindən “qəpik çıxıb”.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərkəzin həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl RMDM-ə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq  şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin olması təsdiq edilib. Nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

 

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR