Ərdoğan: "Terrorçulardan dostlarımızın silahları çıxdı"

Ərdoğan: "Terrorçulardan dostlarımızın silahları çıxdı"
11:27 21 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Terror təşkilatlarından dostlarımızın silahları çıxdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iclasında deyib.

R.T.Ərdoğan qeyd edib: "İraq və Suriyada bizim terror təşkilatı elan etdiyimiz qruplaşmalardan dostlarımızın silahları çıxdı. Biz bu faktı açıqlayanda onları terrorçu kimi qəbul etmədiklərini, onların İŞİD-ə qarşı savaşdıqlarını bildirdilər. Elə isə "Cəbhət ən-Nüsra"nı da terror təşkilatı saymayın, axı onlar da İŞİD-lə döyüşür. Bir terrorçuya başqa terrorçu ilə savaşdığı üçün "yaxşıdır" demək olarmı?"

Prezident Türkiyənin bu bölgənin nəbzini çox yaxşı tutan ölkə olduğunu bildirib: "Onlarla bizim tarixi, mədəni, qohumluq əlaqələrimiz var. Hələbi vuranlar bəllidir, bəs Qərb Hələbdə yaşayanların Qaziantep və Kilisdə yaşayanlarla qohumluq əlaqələri olduğunu bilirmi?"

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR