Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
11:39 21 Noyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

 

Aksiz  Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaş Məmmədov Kamran Akif oğlunun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb.

Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarus istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR