Acun İlicalının bir milyon dollarlıq avtomobili - FOTOLAR

Acun İlicalının bir milyon dollarlıq avtomobili - FOTOLAR
11:48 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Acun İlicalı dünən restorandan çıxarkən paparatsilərin hədəfi olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aparıcı “Ferrari” markalı idman avtomobili ilə məkandan uzaqlaşan zaman onu yeni almadığını bildirib.

Məlumat üçün bildirək ki, “TV8”-in rəhbəri və proqram direktoru Acun İlicalı idman avtomobillərinin həvəskarıdır: “Ferrari mənim üçün adrenalin deməkdir. Mən həm də motosiklet xəstəsiyəm, yəni mən motosiklet sürməkdən çox zövq alıram”.

O, harasa təcili yetişməli olanda motosiklet və "Ferrari"dən, həm sürətli, həm də rahat getmək istəyəndə isə “Mercedes” markalı maşınlara üstünlük verdiyini deyib.

Yeri gəlmişkən, Türkiyə sadəcə 5 ədəd olan bu xüsusi "Ferrari" modelindən biri Acunundur. "Ferrari"nin qiymətinin 1 milyon dollar olduğu deyilir.

Aytən



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR