Putin danışdı, neft bahalaşdı

Putin danışdı, neft bahalaşdı
11:53 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin OPEC-in noyabr ayının sonuna doğru razılığa gəlməməsi üçün bir səbəb olamdığını və Rusiyanın neft hasilatını mövcud səviyyələrdə dondurmağa maraqlı olduğunu bəyan edib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Putin bunu Lima-da keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq zirvəsində bildirib:

“Bir razılaşma olar, yoxsa olmaz? 100 faiz deyə bilmərəm, amma güclü bir ehtimaldır. OPEC daxilindəki fikir ayrılıqları həll olunmasa da aradan qaldırıla bilər. Bizim neftin hasilat səviyyəsini mövcud səviyyələrdə dondurmamağımız üçün bir səbəb yoxdur”.

Yeri gəlmişkən, Putinin açıqlaması neftin bahalaşmasını sürətləndirib. Brent nefti 1,3% bahalaşma ilə 47,48 dollara çıxıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR