Milan Baroş "Qarabağ"la oyunu buraxa bilər

Milan Baroş "Qarabağ"la oyunu buraxa bilər
11:57 21 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Slovan" ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Milan Baroş Çexiya çempionatının XIV turunda "Yablonets"lə qarşılaşmada zədələnib.

"Yablonets"in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Baroş cəmi 5 dəqiqə meydanda qala bilib. Belə ki, 5-ci dəqiqədə ayağından xəsarət alan ulduz futbolçu mübarizəni davam etdirə bilməyib və əvəzlənib. Tibbi müayinə zamanı 35 yaşlı forvardın topuq əzələsində problem olduğu aşkarlanıb. Onun Avroliqanın V turunda "Qarabağ"la keçiriləcək oyunda iştirakı sual altına düşüb.
 
Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı noyabrın 24-də Liberetsdə keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR