Çində dolların məzənnəsi yeni rekord həddə çatıb

Çində dolların məzənnəsi yeni rekord həddə çatıb
11:57 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) bu gün, noyabrın 21-də dolların rəsmi məzənnəsini son 8,5 ilin maksimal səviyyəsinə yüksəldərək 6,8985 CNY-də təsdiqləyib. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 2008-ci il iyunun 17-dən sonra dolların ən yüksək məzənnəsidir. 
Qeyd edək ki, ÇXB son 12 gündə ardıcıl olaraq yuanı devalvasiya edir və bu müddət ərzində yuan dollarla müqayisədə 2,2% ucuzlaşıb. Həmçinin, bu, Çin tarixində ən uzun devalvasiyadır.
"Report"un analitik qrupu bildirir ki, bu gün Çinin nağd valyuta bazarında dolların məzənnəsi 6,9053 CNY/USD-yə qədər yüksəlib. Məzənnənin ilin sonuna qədər 7,00 yuan həddini keçməsi istisna edilmir. Belə olarsa, dünya valyutalarına təzyiq daha da artacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR