Müğənni ilə statusuna görə işləyirəm. Onun sənəti yoxdursa pulu olsa belə, yanında olmaram.
Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Prodüser bildirib ki, bir çox qız ifaçılar ona işbirliyi təklif edib:
"Onların "daydayıları" ola bilər. Amma mənim adım Aygün Kazımova, Röya Ayxanla hallanıb. Onun yox, mənim adım o müğənniyə kömək edəcəksə, niyə onla çalışım? Ondansa tanınmamış birini götürüb müğənni edərəm. Röyanın vaxtında çox pul qazanmamışam.
Röya 3 min verib mənə maşın aldı, evimin kirayəsini ödəyirdi. Röya ilə faizə çalışmırdım. Aygün Kazımova və Eltonla (müğənni Elton Hüseynəliyev - red.) faizlə işləmişəm. Mən Aygün xanımla və Eltonla çalışanda yaxşı pul qazanmışam".
Milli.Az