Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb
12:52 21 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Avropa Liqasının I qrupunda V turun “Şalke 04” (Almaniya) – “Nitsa” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.
Qeyd edək ki, oyun noyabrın 24-də Gelsenkirçen stadionunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-fi-fa-referisi-avropa-liqasina-teyinat-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR