Qarabağ münaqişəsini bu gənc oğlan həll edə bilər

Qarabağ münaqişəsini bu gənc oğlan həll edə bilər
13:03 21 Noyabr 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ildə ATƏT-ə sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastian Kurs Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Publika.az xəbər verir ki, Ermənistan mediasına müsahibə verən Kurs münaqişənin sülh yolu ilə həllini dəstəklədikərini bildirib: “Zorakılığın daha bir partlayışı qaçılmaz ola bilər. Lakin Moskvadan Vaşinqtona qədər bütün beynəlxalq ictimaiyyət zorakılığa qarşı olduğunu bəyan edib. Danışıqlar masasında bir sıra təkliflər var idi və bunların müzakirəsi gözlənilir”.

S.Kurs qeyd edib ki, Avstriya sülhün nizamlanması yollarının axtarışlarında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Hələlik təşəbbüslər haqda danışmaq tezdir. Əgər arzular olacaqsa, biz danışıqları qəbul etməyə hazırıq. Biz Minsk qrupunun üzvü deyilik, lakin Minsk prosesinin saxlanılması üçün hər şeyi edəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, S.Kursun cəmi 30 yaşı var və o, Avropada ən gənc nazir olaraq tarixə düşüb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR